Türkiyə sahillərində zəlzələ baş verib


Dünya 24 Noy 2019 17:10:39 382 0

Türkiyə sahillərində zəlzələ baş verib

Türkiyə sahillərində Aralıq dənizində 3,5 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:57-də Antalya vilayətinin Kumluca rayonu sahillərində qeydə alınıb.

Zəlzələnin episentri ərazidən 32,97 kilometr məsafədə yerləşib. Zəlzələnin ocağı 16,23 kilometr dərinlikdə yerləşib.