İtaliyanın Sahil Mühafizə Xidməti qayığı çevrilən 149 miqrantı xilas edib


Dünya 24 Noy 2019 16:19:51 348 0

İtaliyanın Sahil Mühafizə Xidməti qayığı çevrilən 149 miqrantı xilas edib

​İtaliyanın Sahil Mühafizə Xidməti qayığı çevrilən 149 miqrantı xilas edib

İtaliyanın Sahil Mühafizə Xidməti Lampeduza adasının sahillərində çevrilən qayıqdan 149 miqrantı xilas edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, 23 noyabr tarixində Sahil Mühafizə Xidmətinə adadan təxminən iki kilometr aralıda göyərtəsində miqrantların olduğu qayıq barədə məlumat daxil olub.

Sahil Mühafizə Xidmətinin əməkdaşları müəyyən olunan yerə gəldikdə miqrantların olduğu qayıq çevrilib.

149 miqrant sudan çıxarılaraq Lampeduza limanına aparılıb. Qurumun bildirdiyinə görə, bütün miqrantlar xilas edilib.