Azerbaijan Fashion Week 10cu yubiley mövsümünün


Digərləri 24 Noy 2019 15:04:00 305 0

Azerbaijan Fashion Week 10cu yubiley mövsümünün

Noyabr ayının 22-də Daş salnamə Muzeyində Azerbaijan Fashion Week - ölkəmizin rəsmi moda həftəsinin 10-cu yubiley mövsümünün rəsmi açılışı oldu. Birinci gün çərçivəsində Azərbaycan, Mərakeş, Əlcəzair, Qazaxıstan, Özbəkistan və Rusiyadan olan dizaynerlərin yaz-yay kolleksiyalarından ibarət doqquz nümayiş sərgiləndi.

AFW-in dörd il boyunca partnyoru olan Oriental Fashion Show - 15 il əvvəl Parisdə qurulan, dəbə və Şərqin tikiş ustalığına həsr edilmiş, beynəlmiləl meydançadır. Xüsusi olaraq AFW-in 10-cu yubiley mövsümündə iştirak etmək üçün, Oriental Fashion Show banisi Xind Djudar Bakıya üç dizayner gətirdi. Mərakeşdən olan Fatima Zahra Idrissi əl işi ilə yaradılmış və valehedici naxışlarla süslənmiş klassik Mərakeş donlarının gözəlliyini nümayiş etdirdi. Əlcəzairdən olan Faiza Antri Bouzar Şərqin cazibəsinə həsr edilmiş, bir az daha müasir çalarlı, həmçinin əl işi bolluğuyla və müxtəlif parçaların qarışdırılmasıyla fərqlənən bir kolleksiyanı nümayiş etdirdi. Bəzən astar parça təmtəraqda heç də üzdə olan parçadan geri qalmırdı. AFW-də çıxış etmiş Mərakeşdən olan daha bir dizaynerin şüarı belə səslənir - elə geyin ki, guya sən artıq məşhursan. Onun "Stylish Karma" adlı kolleksiyası özündə qadın zərifliyini, rok-n-roll ruhunu və stimpank elementlərini cəmləşdirir.

Azərbaycan dəbpərəstlərinin sevimlisi, Qazaxıstanlı dizayner Alex Chzhen-in  yeni kolleksiyası son dərəcə yığcam idi. Qara rəngin monoxromluğu müxtəlif qızıl rənglı elementlərlə bəzədilmişdi, istər ətəklik, qollar və ya düymələr. Böyüklər üçün olan obrazlarla vahid stildə yerinə yetirilmiş uşaq look-ları kolleksiyaya xüsusi gözəllik verirdi.

Özbəkistanlı dizayner Elmira Batyrova "Şərq cah-calalı - Qərb qlamuru" adlı kolleksiyanı nümayiş etdirdi. Kolleksiya çox qatlı üz çəkməylə və fikirləşilmiş detallarla fərqlənən axşam geyimlərindən ibarət idi. Kolleksiyada həm bu ölkə üçün ənənəvi - ikat parçasına, həm  məxmərə, parlaq daşlara, korsetlərə və lələklərə də yer tapıldı.

Artıq neçənci mövsümdür ki, Azərbaycan markası olan, və öz yeni nümayişiylə növbəti zirvəyə çıxan Noora-nın təkamülünü izləmək çox xoşdur. Marka üçün artıq tipik olan Şotland qəfəsi, bu dəfə, monoton parça və dəriylə daha boyük məharətlə birləşdirilmişdi. Nümayişin maraqlı xoreoqrafiyası vahid stildə yerinə yetirilmiş, lakin müxtəlif rəngli cüt kostyumlarla  tanış olmağa imkan yaradırdı.

Leyləklər, durnalar, qaranquşlar, qağayılar, qartallar və hətta simurq... Məhz lələkli varlıqlar, Azərbaycan dizayneri Günel Behbudova-nın yeni kolleksiyası çərçivəsində ilham məmbəyi olmuşdu. Məhz dizaynerə xas üslubda axşam geyimlərinin yaradılması ilə məşhur dizayner, bu dəfə seçilmiş mövzunu dəqiq izləməsiylə, və nəticədə, kolleksiyanın bütövlüyü və mürəkkəb naxışların tikişinin detalları ilə son dərəcə həssas məşğul olmasıyla təəccübləndirdi.