Sumqayıt kimya-sənaye parkının rezidenti polietilen istehsalını artıracaq


Digərləri 24 Noy 2019 14:00:00 284 0

Sumqayıt kimya-sənaye parkının rezidenti polietilen istehsalını artıracaq

Sumqayıt kimya-sənaye parkının rezidenti “SOCAR Polymer” polietilen istehsalını artıracaq

Bakı. Sumqayıt kimya-sənaye parkının rezidenti "SOCAR Polymer" polietilen istehsalını artıracaq. Bunu Trend-ə məlumatlı mənbə bildirib. Mənbənin məlumatına əsasən, "SOCAR Polymer" şirkəti növbəti üç il ərzində yüksək sıxlıqlı polietilen istehsalında tam gücə çatacaq. 2019-cu ilin yekunlarına görə, şirkətin zavodlarında 48,2 min tondan çox polietilen və 100 min tondan çox polipropilen istehsalı planlaşdırılır. İlkin proqnozlara əsasən "SOCAR Polymer" zavodunda polietilen istehsalı 2020-ci ildə 97,4 min ton (2019-cu illə müqayisədə 2 dəfə çox), 2021-ci ildə 110 min ton (2020-ci illə müqayisədə 12,9 faiz çox), 2022-ci ildə 115 min ton (2021-ci illə müqayisədə 4,5 faiz çox), 2023-cü ildə 120 min ton (2022-ci illə müqayisədə 4,3 faiz artım) təşkil edəcək.