Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb


Dünya 24 Noy 2019 13:40:00 312 0

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, səsvermə ölkənin 18748 seçki məntəqəsində və xaricdəki 835 seçki məntəqəsində keçirilir.

Rumıniyada 18,2 milyondan çox seçici qeydə alınıb.

Noyabrın 10-da keçirilmiş seçkilərin birinci turu nəticəsində 14 namizəddən heç biri qeydə alınmış seçicilərin səs çoxluğunu (50% + 1 səs) ala bilməyib.