Bu ölkələrə səfər etmək dünyanın ən çətin işidir


Dünya 24 Noy 2019 13:08:00 379 0

Bu ölkələrə səfər etmək dünyanın ən çətin işidir

İndi dünyanın müxtəlif ölkələrinə səyahət etmək, səfər gerçəkləşdirmək su içimi qədər asandır. Viza almaq, bilet, otel bron etmək və səfər hazırdır. Arzularının, xəyallarının şəhərlərinə getmək üçün bir miqdar pul və arzu yetərlidir. 

Amma bütün ölkələr üçünmü vəziyyət belədir? Deyəsən yox, çünki dünyanın bəzi bölgələri var ki, ora getmək çox da asan deyil. Bunda siyasi, iqtisadi və coğrafi səbəblər rol oynayır. Musavat.com Türkiyə mediasına istinadən dünyada ziyarət edilməsi ən çətin 12 yerin siyahısını hazırlayıb: 

Nauru

Okeanın bir digər ada ölkəsi olan Nauru, Avstraliyanın qeyri-qanuni qaçqınlarını göndərdiyi yer olaraq tanınır. Sadəcə Avstraliyadan uçuşların olduğu Nauruya getmək üçün turistlər öncə Avstraliyaya gəlməlidir. 

Şimali Koreya 

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyaya getmək olduqca çətindir. Çindən və bir neçə başqa nöqtədən gerçəkləşdirilən səfərlər xaricində ölkəyə çatmaq, demək olar ki, qeyri-mümkündür. Turistlərin, sadəcə, tur operatorun müşayiəti ilə və öncədən müəyyənləşmiş yerləri gəzə biləcəyi Şimali Koreyada turistlərin yeli xalqdan kimsə ilə dialoq qurması da yasaqdır. 

Bhutan

Hindistan və Çin arasında yer alan Bhutan Krallığının ətrafı Himalay dağları ilə əhatəli olduğu üçün ora çatmaq çox çətindir. 1874-cü ilə qədər xaricilərin ziyarətinin qadağan edildiyi Bhutana bu gün sadəcə iki hava yolu şirkəti uçuş gerçəkləşdirir. Bhutana getmək istəyənlər səfər, gecələmə və yemə xərclərini ziyarət öncəsi toplu halda ödəməlidir. 

Kiribati

Sakit Okeanda yerləşən Kiribati bir-birindən olduqca uzağa yayılmış adalardan ibarətdir. Eyni anda iki fərqli günü yaşayan Kiribati, uzaqda yerləşməsinə görə ora getmək çox zəhmətlidir. Üstəlik, Kiribatiyə getmək istəyən bütün ölkə vətəndaşlarının viza alması lazımdır. 

Rusiya

Dünyanın ən böyük ölkəsi olan Rusiya uzaq məsafələrə görə səyahət etməsi olduqca çətin bir ölkədir. 

Özbəkistan

Orta Asiya ölkəsi olan Özbəkistana getmək istəyən bir çox ölkə vətəndaşı öncədən bir dəvətnaməyə sahib olmağa məcburdur. Bundan başqa, ziyarətləriniz zamanı daxili işlər nazirliyinə də qalacağınız yeri bildirməyə məcbursunuz.