"Bu partiyalar saxta yolla sənəd satırlar, anabacı söyüşü söyürlər..."


Siyasət 24 Noy 2019 12:12:00 302 0

"Bu partiyalar saxta yolla sənəd satırlar, anabacı söyüşü söyürlər..."

2016-cı ildən siyasi proseslərə qatılandan sonra klassik müxalifətin hansı iyrəncliklər içində olduğunu dərhal gördük. Bununla bağlı 2017-ci ilin noyabr ayında şəxsən özüm məqalə yazdım. Məqsəd gördüklərimizi hər kəsə göstərmək idi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avropada yaşayan fəal gənc Nahid Cəfərov deyib. Onun sözlərinə görə, çirkaba bulaşmış bu partiyalar saxta yolla sənəd satırlar, ana-bacı söyüşü söyürlər və bu söyüşü söyənləri partiya və ya təşkilatlarda qoruyub saxlayırlar, böhtan atırlar, daha sonra bu böhtanı tirajlayırlar, trol hücumları təşkil edirlər və s. və il axır.

N.Cəfərov bu gün müxalifət nümayəndələrinin, müsavatçıların bu dələduzlara qarşı açıq mübarizəsini alqışladığını deyib.

Qeyd edək ki, mühacir alverinə görə Almaniya polisinin Avropada Müsavat partiyası üzvlərini həbs etməsindən sonra partiyada ciddi təlatümlər yaşanır. İctimaiyyət nümayəndələrindən daha çox müsavatçıların özləri partiya rəhbərliyini saxtakarlıqda, yarıtmaz siyasət aparmaqda günahlandırırlar.