İran amerikalı jurnalistə 180 milyon dollar ödəməlidir


Dünya 24 Noy 2019 11:17:00 321 0

İran amerikalı jurnalistə 180 milyon dollar ödəməlidir

"Tehran iranlı dustaqları Amerikadan almaq üçün onu zindana atmışdı"

Son.az musavat.com-a istinadən bildirir ki, "The Washington Post" qəzetinin jurnalisti Jason Rezaian və ailəsi İranda 544 gün həbsdə saxlanılıb. ABŞ-ın federal hakimi bu məsələ ilə bağlı hökmünü açıqlayıb. İranda işgəncə və qəddar münasibətlə üzləşdiyinə görə, onların İrana qarşı qaldırdığı iddia təmin edilib. Nəticədə, jurnalist və ailəsinə 180 milyon dollar təzminat ödəniləcək.

"İran Jason Rezaianı və ailəsini ona görə ələ keçirdi ki, onun sərbəst buraxılması üçün Amerikada həbsdə olan İran məhbuslarını azad etməyə rəsmi Vaşinqtonu məcbur etsin", ABŞ-ın bölgə üzrə prokuroru Richard J. Leonun açıqlamasında belə deyilir. Bu barədə "The Associated Press " agentliyi xəbər yayıb.

Qeyd edək ki, Jason Rezaian və onun xanımı Yeganə Salehi 2014-cüildə Tehranda həbs olunublar. "The Washington Post" qəzetinin Tehranda akkreditə olunmuş jurnalisti olmasına baxmayaraq, onu İranda qəddar rejimi ilə ad çıxarmış "Evin" həbsxanasına salıblar. Orada isə jurnalist döyülüb, ölümlə hədələnib və təhqir olunub. ABŞ İrandakı qeyri-rəsmi təmsilçisi olan İsveçrənin Tehrandakı səfirliyi üzərindən bu işə müdaxilə etsə də, elə bir uğur qazanmayıb. Yalnız nüvə məsələsi ilə bağlı Qərblə İran arasında anlaşma imzalandıqdan sonra rəsmi Tehran jurnalisti və onun xanımını həbsdən azad edib.