Malayziyada ölkədəki son Sumatra kərkədanı öldü


Dünya 24 Noy 2019 10:38:00 364 0

Malayziyada ölkədəki son Sumatra kərkədanı öldü

Malayziyada noyabrın 23-də ölkədəki son Sumatra kərkədanı öldü.

Son.az Trend-ə istinadən bildirir ki, 2014-cü ildən Borneo adasında qoruqda yaşayan 25 yaşlı "İman" ləqəbli dişi kərkədan xərçəngdən ölüb. Hazırda bu növdən qalan son 30-dan 80-ə qədər nümayəndə İndoneziyada, vəhşi təbiətdə yaşayır.

2011-ci ildə Malayziya alimləri süni mayalanma yolu ilə Sumatra kərkədanlarının sayını qoruqda bərpa etməyə cəhd edibər, lakin nəticəsi olmayıb. 2015-ci ildə ölkədə bu növə vəhşi təbiətdə məhv olmuş statusu verilib. Qoruqda saxlanılan son erkək Sumatra kərkədanı isə 2019-cu ilin mayında ölüb.