Gürcüstandan narkotik daşıyan ermənilər tutuldu


Dünya 24 Noy 2019 10:16:00 282 0

Gürcüstandan narkotik daşıyan ermənilər tutuldu

Gürcüstan-Rusiya sərhədində içərisində kokain və həşiş olan avtobus saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, gömrük xidmətinin məlumatına görə, avtobusu Ermənistan vətəndaşı idarə edib. Nəqliyyat vasitəsində 149 qram kokain, 64 qram həşiş aşkarlanaraq götürülüb. Faktla bağlı Ermənistanın 3 vətəndaşı saxlanılıb, sərnişinlər isə sorğu-sual edilib.

Faktla bağlı cinayət işi açılıb. Qadağan edilmiş əşyaların daşınmasına görə saxlanılanları 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.