Çilidə etiraz aksiyaları zamanı 120-dən çox şəxs xəsarət alıb


Dünya 24 Noy 2019 10:09:22 405 0

Çilidə etiraz aksiyaları zamanı 120-dən çox şəxs xəsarət alıb

​Çilidə etiraz aksiyaları zamanı 120-dən çox şəxs xəsarət alıb

Çilidə etiraz aksiyaları zamanı azı 127 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse" məlumat yayıb.

Xəsarət alanlar arasında həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də mülki şəxslər var. Etirazçılar mitinqlər zamanı binaları yandırıb və polis bölmələrinə hücum ediblər.

“El Comercio” qəzeti naməlum şəxslərin yerli bankdan təxminən 150 milyon peso (təxminən 190 min dollar), 16 min dollar, 3.8 min avro və iki odlu silah oğurladığını bildirib.

Ümumilikdə polis tərəfindən şənbə nümayişləridə 300-ə yaxın etirazçı saxlanılıb.