Bakı Metropoliteni qatarlarının hərəkətində problem yaranıb


Sosial 24 Noy 2019 07:47:58 299 0

Bakı Metropoliteni qatarlarının hərəkətində problem yaranıb

​Bakı Metropoliteninin təmas relsində nasazlıq yaranıb

Bakı Metropoliteninin təmas relsində nasazlıq yaranıb.

"Report" Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə aparılır.

"Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə QSC-dən bildirilib.