Yerevanda tələbələr arasında kütləvi dava olub


Dünya 24 Noy 2019 08:10:00 310 0

Yerevanda tələbələr arasında kütləvi dava olub

​Yerevanda tələbələr arasında kütləvi dava olub

Ermənistanın paytaxtı Yerevanda tələbələr arasındakütləvi dava olub.

"Report" xəbər verir ki, bu barədə "Shamshyan.com" bildirib.

Qeyd edilir ki, Yerevanın bir saylı Klinik Xəstəxanasından ərazi üzrə polis bölməsinə paytaxtın 23 yaşlı sakini David Ayrapetyanın beyin travması, burun sınığı diaqnozları ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilib.

Polisin araşdırması nəticəsində D.Ayrapetyanın kütləvi davada xəsarət aldığı üzə çıxıb. Məlum olub ki, kütləvi davada həmçinin Yerevan Dövlət Universitetinin 4-cü kurs tələbəsi, 22 yaşlı Artur Baqdasaryan, Yerevan Tibb Universitetinin 3-ü kurs tələbəsi, 21 yaşlı David Qevorkyan, Yerevan Tibb Universitetinin 3-cü kurs təələbəsi, 19 yaşlı Arman Koçaryan, həmin universitetin digər tələbələri - 18 yaşlı Feliks Qriqoryan, 21 yaşlı Xaçatur Avetiyan, 19 yaşlı Artem Saakyan, 20 yaşlı Tiqran Qurcyan, Gürcüstan sakinləri - 20 yaşlı David Kerobyan, 19 yaşlı Erik Ayvazyan, 20 yaşlı Armen Aslanyan iştiraqk ediblər.

Kütləvi davada döyülən D.Ayrapetyanın polis əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.