ABŞ Dəməşqin öz neft yataqlarını İŞİD-dən qorumağa hazır olmadığını düşünür


Digərləri 24 Noy 2019 05:16:00 279 0

ABŞ Dəməşqin öz neft yataqlarını İŞİD-dən qorumağa hazır olmadığını düşünür

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayan, Suriya hakimiyyətinin Fərat çayının kənarındakı neft yataqlarını İŞİD-dən qorumağa hazır olduğuna şübhə edir

Bakı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayan, Suriya hakimiyyətinin Fərat çayının kənarındakı neft yataqlarını İŞİD-dən qorumağa hazır olduğuna şübhə edir. Trend-in məlumatina görə, Kanadada keçirilən təhlükəsizlik forumunda R.O'Brayandan ABŞ-ın Suriyanın şərqindəkı neft yataqlarını İŞİD-dən qorumaq üçün qoşunlarını saxlamağını bildirən prezident Donald Trampın sözlərinə aydınliq gətirilməsi istənildi. R.O'Brayan dedi: "ABŞ ona görə ordadı ki, bu neft yataqlarının İŞİD-in əlinə keçməsini istəmirik. Sonuncu dəfə rejim (Suriya hakimiyyəti) bu yataqlara sahib olduqda, İSİD onları (yataqları) təxminən 15 dəqiqədən sonra geri ala bildi". (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin