Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var


Sosial 24 Noy 2019 04:10:59 497 0

Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var

​Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində motosiklet hərəkətdə olarkən avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü, 1988-ci il təvəllüdlü Həlimov Səbail Arzu oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və ona müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov