Gürcüstandan narkotik vasitələr aparan Ermənistan vətəndaşları saxlanılıb


Dünya 24 Noy 2019 02:49:52 304 0

Gürcüstandan narkotik vasitələr aparan Ermənistan vətəndaşları saxlanılıb

​Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, şübhəli şəxslər Gürcüstanda sərhədçilər tərəfindən Ermənistana gedən avtobusda saxlanılıblar. Buna onların qadağan edilmiş yük aparmaları səbəb olub.

Faktı Ermənistanın Gürcüstandakı səfirliyi də təsdiqləyib. Səfirliyin əməkdaşları sərhəddəki nəzarət-buraxılış məntəqəsinə gəliblər.

Bundan əvvəl isə yerli mətbuat gömrük buraxılış məntəqəsində kokain və həşişin aşkarlandığını bildirib.

Hazırda faktla bağlı istintaq aparılır. Qeyd edilir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılıb. Gürcüstanın Cinayət Məcəlləsinə əsasən qadağan edilmiş əşyaların daşınmasına görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məlumata görə, avtobusu Ermənistan vətəndaşı idarə edib. Faktla bağlı avtobusun bütün sərnişinləri sorğu-sual olunub.