Parisdə qadın zorakılığına qarşı nümayişlər keçirilib


Digərləri 24 Noy 2019 01:37:00 314 0

Parisdə qadın zorakılığına qarşı nümayişlər keçirilib

Parisdə qadın zorakılığına qarşı keçirilən etiraz aksiyasında təxminən 50 min insan iştirak edib

Bakı. Parisdə qadın zorakılığına qarşı keçirilən etiraz aksiyasında təxminən 50 min insan iştirak edib. Trend-in məlumatına görə, kişilər və qadınlar "seksizmə, cinsi təcavüzə və qadın zorakılığına son ver" şuarları ilə nümayiş keçirdiblər. Aksiyada Müriel Robin, Jüli Geyyo, Aleksandra Lami kimi məşhur şəxslər iştirak ediblər və etirazçıların ön cərgələrində yer tutublar. Fransanın Lil, Bordo, Ren, Strasburq və Tuluza şəhərlərində də oxşar aksiyalar keçirilib. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, Fransada ötən il 121, bu il ən az 116 qadının məişət zorakılığından öldüyü bildirilir. Ölkənin Baş naziri Eduard Filip, noyabrın 25-də məişət zorakılığı ilə mübarizə üçün "konkret tədbirlər" siyahısını təqdim etməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin