İran iğtişaşlarla əlaqəli ölkələrə "sarsıdıcı cavab" vəd edib


Digərləri 24 Noy 2019 00:49:07 340 0

İran iğtişaşlarla əlaqəli ölkələrə "sarsıdıcı cavab" vəd edib

İranın vitse-prezidenti Esxak Cahangiri bölgə ölkələrinə, İranda iğtişaşların baş verməsi ilə əlaqəli olduqlarının sübut ediləcəyi təqdirdə onları gözləyən "sarsıdıcı cavab" barədə xəbərdar edib

Bakı. İranın vitse-prezidenti Esxak Cahangiri bölgə ölkələrinə, İranda iğtişaşların baş verməsi ilə əlaqəli olduqlarının sübut ediləcəyi təqdirdə onları gözləyən "sarsıdıcı cavab" barədə xəbərdar edib. Trend-in məlumatına görə, E.Cahangiri deyib: "Bölgədəki bəzi ölkələrin İranda iğtişaşlar yaratmaq üçün müdaxilə etdiklərinə dair sübutlar tapılarsa, bölgədə yaxşı zaman görməyəcəklərini bilməlidirlər. İran bu zarafatlarla və davranışlalra barışan ölkə deyil". Vitse-prezident əlavə edib ki, hər hansı bir dövlətlər İranın daxili işlərinə ona zərər vurması üçün müdaxilə edərsə, həmin dövlətlər "şübhəsiz ki, sarsıdıcı cavab alacaqlar". (adsgarden = window.adsgarden || []).push({}); İranın bir sıra şəhərlərində son günlər benzinin qiymətinin kəskin artması səbəbindən etirazlar baş verib. Qurbanların həm iğtişaşçılar, həm də təhlükəsizlik işçiləri arasında olduğu bildirilib. Prezident Həsən Ruhaninin sözlərinə görə, iğtişaşlar ABŞ və İsrail tərəfindən təşkil edilib və onların məqsədi İranın təhlükəsizliyini pozmaq olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin