ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatları davam etdirəcək


Dünya 24 Noy 2019 00:17:36 359 0

ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatları davam etdirəcək

​ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatları davam etdirəcək

Hazırda Suriyanın şimalında, Fərat çayının şərqində 500-ədək amerikalı hərbçi yerləşib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Manama Dialogue" təhlükəsizlik sammitindəjurnalistlərə ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi bildirib. O, hərbçilərdən yaxın günlərdə İŞİD-ə qarşı davam etdiriləcək əməliyyatlarda istifadə ediləcəyini qeyd edib.

Xatırladaq ki, noyabrın ortalarında Pentaqon rəhbəri Mark Esper bir-iki həftəyə Suriyanın şimalındakı hərbi qüvvələrini çıxaracaqlarını bildirib. Halbuki noyabrın 10-da ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Suriya ərazisində 500-600 nəfərlik hərbi qüvvə saxlamaq niyyətində olduqlarını açıqlayıb.