Beynimiz niyə tez qocalır? QORXUNC SƏBƏBLƏR


Digərləri 23 Noy 2019 23:45:00 287 0

Beynimiz niyə tez qocalır?  QORXUNC SƏBƏBLƏR

Tədqiqatçılar beynin tez qocalmasının səbəbini açıqlayıb.

Son.az xəbər verir ki, Harvard Universitetinin Bostonda yerləşən tibb məktəbinin tədqiqatçıları orta yaşlı insanlarda metabolik sindromun beyni erkən qocaltdığını iddia edir.

Tədqiqatın nəticələri "MedicalXpress"də dərc olunub.

Metabolik sindrom özünü piylənmə, hipertoniya, qanda şəkərin və xolesterinin miqdarının artması şəklində göstərir.

Araşdırma ərzində 37-55 yaşlı kişi və qadınların baş-beyin kompüter tomoqrafiyası tətbiq edilib. Eyni zamanda onlar arasında məntiqi testlər də aparılıb.