Suriyanın şimalındakı partlayış qurbanlarının sayı 16ya çatdı


Dünya 23 Noy 2019 23:55:00 338 0

Suriyanın şimalındakı partlayış qurbanlarının sayı 16ya çatdı

Suriyanın şimalında partlayıcı qurğu quraşdırılmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 20-dən çox insan yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış noabrın 23-ü səhər Suriyanın şimalındakı Tel Abyad bölgəsində baş verib.

Partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.