Dünyanın bütün ölkələrini gəzən 21 yaşlı turistdən səyahətsevərlərə 7 DƏYƏRLİ TÖVSİYƏ FOTO


Digərləri 23 Noy 2019 23:25:00 357 0

Dünyanın bütün ölkələrini gəzən 21 yaşlı turistdən səyahətsevərlərə 7 DƏYƏRLİ TÖVSİYƏ  FOTO

21 yaşında 196 ölkəyə səyahət etmiş ən gənc insan statusunu alan Leksi Alford səyahətsevərlər üçün 7 məsləhətini bölüşüb.

Leksi Alford kimdir?

Son.az xəbər verir ki, Leksi ilk vaxtlar yalnız fərqli yerləri görmək və dünyanı tanımaq məqsədilə səyahətlərə çıxıb. Daha sonra ətrafındakı insanlar, xüsusilə, gənc qadınlara ilham verdiyini görüb.

ABŞ-ın Kaliforniya ştatında turizm agentliyi işlədən ailəsi Leksini Misir piramidalarından Dubayın bahalı hotellərinə, Kambocanın üzən kəndlərinə qədər göndərərək həyatın müxtəlif baxış bucaqlarını ona göstərib.

O, dünyanın mediada təqdim edildiyi kimi qorxunc bir yer olmadığını və yaxşılığın hər yerdə olduğunu hər kəsə göstərməyi qarşısına məqsəd qoyub. Daha sonra dünya onun rekordunun izinə düşüb. Alford 31 may 2019-cu ildə Şimali Koreyaya addımını atanda bir dünya rekordu qırıb.

Turizm məsləhətçisi işləyərək öz səyahətlərinin xərcini çıxaran Leksi arada sponsor razılaşmaları da edir. O, təcrübələrini şəxsi bloqunda paylaşır, bununla yanaşı, kitab da hazırlayır.

Evi ABŞ-ın Kaliforniya ştatında olan Alford təyyarə ilə hər il 320-400 min km yol qət edir. Qatar və avtobus da tez-tez istifadə etdiyi nəqliyyat vasitələri arasındadır.

Leksinin səyahətsevərlərə 7 məsləhəti:

1- Eyni ölkənin 2 pasportunu eyni anda istifadə edə bilərsiniz

Az səyahat edilən yerlərə gedirsinizsə, vizasını almaq üçün uzun müddət gözləyəcəyiniz ölkəyə müraciət edirsinizsə, ya da bir-birilə münaqişədə olan ölkələr planınızda varsa, iki pasporta sahib olmaq çox əhəmiyyətlidir. Məsələn, Yaxın Şərq və ya Qərbi Afrika. Pasport ofisinə gedib səyahət planlarınızı tək pasportla davam etdirməyinizin mümkünsüzlüyünü izah edə bilsəniz, sizə daha bir pasport veriləcək. Rusiyaya gedəcəyinizi və pasportunuzu səfirliyə göndərəcəyinizi deyin. Bu, 6 həftə vaxt tələb edir. Amma bəlkə qarşıdakı günlərdə İndoneziyaya gedəcəksiniz. Sadəcə adınızdakı rezervasiyalarla üst-üstə düşən təyyarə reyslərinin sübutlarını göstərməyiniz kifayətdir.

Unutmayın: geri qaytarıla bilən biletləri səyahət sübutu olaraq qeyd edə bilər, pasport ofisinə göndərə bilər və daha sonra ondan imtina edə bilərsiniz. O zaman gələcəkdəki səyahətlərinizdə tıxaca düşdüyünüz zaman rahat bir pasportunuz olacaq.

2- Yeni ölkəyə səyahət edirsinizsə, yola çıxmazdan əvvəl bir mesaj göndərməlisiniz

Qalacağınız hotelə poçt qutusundan mesaj göndərib hoteldən hava limanına qədər taksinin nə qədər pul tutacağını soruşun. Bu bəsit mesaj illər ərzində yüzlərlə dollar qənaət etməyimi təmin etdi. Çünki taksi sürücülərinin şişirdilmiş qiymətlərinə aldanmadım. Hotelə gəlib çatanda taksimetr yüksək məbləğ göstərirsə, bunu ödəməkdən imtina edin. Hotelə girib yardım istəyin. Bu, işə yaramasa, polisə zəng etmələrini söyləyin. Bunu istəsəniz, taksi sürücüsü inadından dönəcək.