Bakıda iki qardaş bıçaqlanıb


Sosial 23 Noy 2019 23:18:15 273 0

Bakıda iki qardaş bıçaqlanıb

Əmircan qəsəbəsində 1987-ci il təvəllüdlü Əliyev Ramin Natiq oğlu və 1993-cü il təvəllüdlü Əliyev Rauf Natiq oğlu bıçaqlanıblar

Bakıda iki qardaş bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Əmircan qəsəbəsində 1987-ci il təvəllüdlü Əliyev Ramin Natiq oğlu və 1993-cü il təvəllüdlü Əliyev Rauf Natiq oğlu bıçaqlanıblar. Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı, Ramin Əliyevə kürək nahiyəsindən 1 ədəd kəsilmiş-deşilmiş yarası, Rauf Əliyevə isə sağ qolun 1 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Yaralıların sözlərinə görə, onlara tanımadıqları şəxs bıçaq xəsarətləri yetirib.

Hadisənin təfərrüatı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Ramin Şahbazov