Van Damdan qiymətli sözlər: "Təslim olmaq sözünün mənasını heç vaxt anlamadım" FOTO


Digərləri 23 Noy 2019 22:55:00 356 0

Van Damdan qiymətli sözlər: "Təslim olmaq sözünün mənasını heç vaxt anlamadım"  FOTO

"Hollivud unikal yerdir, əvvəlcə hamı sənə qızıldan heykəl düzəltməyə hazır olur. Elə ki, film uğur qazanmır, hamı özünü elə aparır ki, sanki səni tanımırlar".

Son.az xəbər verir ki, bu sözləri son günlərdə Qələbənin Vəndam kəndində ona qoyulan heykəllə gündəmə gələn döyüş aktyoru Jan Klod Van Dam deyib. Feysbuk hesabında heykəlin fotosunu paylaşaraq azərbaycanlı heykəltəraşa təşəkkür edən ulduzun çıxışlarından yaddaqalan sitatlarını təqdim edirik.

"Amerikada yaşamağa alışmaq mənim üçün çox çətin idi. Məşhurluğum özümü amerikalı hiss etməkdən daha sürətlə baş verdi".

"Döyüş aktyoru olduğumu söyləyən kino tənqidçilərin səfeh çıxışlarını dinləməkdən bezmişəm. Əlbəttə ki, ayaqlarımı işlətməkdə həqiqətən yaxşıyam, amma çiynimdə bir baş var axı!"

"Unikal bir istedadınız ola bilər, amma Hollivudda deyilsinizsə, şansınız yoxdur".

"İstədiyinizə nail olmağı bacarmalısınız. Gecəni asfaltda yatdım, zibilliyə atılan çörək qırıntıları yedim və cizgi filmlərindən ingilis dilindəki sözləri əzbərlədim, nəticədə super ulduz oldum!"

"Hollivudda depressiyadan, içkidən və narkotikdən keçməyən populyar aktyor yoxdur. Şöhrət də çətin bir imtahandır".

"Filmlərdə çəkilməyə davam edəcəm. Çünki pul lazımdır. Prinsipcə onlar məndə qalmır".

"Sədaqəti qorumaq çox çətindir".

"Dəyişə bilməyəcəyin hadisələri olduğu kimi qəbul etməyi bacarmaq həyatda ən vacib şeydir".

"Həyat... Sadəcə pəncərəni açıb küçədə itləri görməkdir. Sola və sağa baxıb pəncərələri bağlayırsan. Nə qədər vaxt keçdi? Bir saniyə? Yarım saniyə? Bax bu həyatın özüdür".

"Gözü olmayan yeməyi üstün tuturam. Gözlər ruhdur və ruhun içindəki şey bədənə faydalı ola bilməz. Tərəvəz çox yeyirəm, odur ki, çox sürətliyəm. Peçenyelərin heç bir ruhu yoxdur, sadəcə çərəzlərdir. Ancaq onlar süd və yumurtadan hazırlanır və yumurta potensial həyatdır".

"Bir çox bodibilderin problemi odur ki, onlar sadəcə əzələ yaratmaq üçün turnikən sallanır. Ancaq bu cür təlim kiçik motorlu nəhəng bir avtomobil düzəldir".

"Bədənim otuz, üzüm əlli yaşında görünür. Ancaq indi gənc görünmək üçün küçələrdə çılpaq gəzə bilmərəm ki".

"Hər şeyin quruluşu və ardıcıllığı olmalıdır. Apokalipsis baş verdikdə, axmaq qışqıracaq: "Şəhəri tərk et!" Və həssas bir adam deyəcək: "Məktəbin qarşısından keç, sağa, sonra sağa dönün, kilsədən sola gedin və orada şəhərdən çıxışı görəcəksiniz".

""Təslim olmaq" sözünün mənasını heç vaxt anlamadım".

"Məndə qeyri-adi bir şey yoxdur. Adi bir ölkədə sadə bir ailədə anadan olan şəxs sizinlə danışır. Nə aliməm, nə də axmaq - sadəcə itləri, idmanı və yaşamağı sevən adi bir oğlanam".

"Mən həqiqətən bir gey ikonuyam və bu mövzuda edə biləcəyim bir şey yoxdur. Ancaq geylərin zövqü var və məni mən olduğum üçün sevirlər".