İraq İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsinin fəaliyyatını bərpa edib


Digərləri 23 Noy 2019 22:23:40 336 0

İraq İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsinin fəaliyyatını bərpa edib

İraqın Sərhəd Keçidlər İdarəsi, etirazlar səbəbiylə bir qədər əvvəl bağlanmış İranın cənubundakı Şalamçe sərhəd keçidinin işini tamamilə bərpa edib

Bakı. İraqın Sərhəd Keçidlər İdarəsi, etirazlar səbəbiylə bir qədər əvvəl bağlanmış İranın cənubundakı Şalamçe sərhəd keçidinin işini tamamilə bərpa edib. Trend-in məlumatına görə, noyabrın 16-da Bağdad İran ilə Şalamçe sərhəd keçidini, hər iki ölkədə etirazlar səbəbiylə bağlamışdır. Bildirildi ki, Tehran keçidin qismən bağlanmasını istəmişdir. Qadağa yalnız insanlara şamil olunurdu, yük və mal daşınmaları isə sərhəddə davam edirdi. Son günlər İranın bir sıra şəhərlərində hakimiyyət tərəfindən benzinin qiymətinin kəskin artması ilə əlaqədar etiraz aksiyaları keçirilib. İraqdakı nümayişçilər isə, oktyabrın əvvəlindən hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizəni tələb edirlər. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin