Quru dodaqlar hansı xəstəliklərə işarə edir?


Digərləri 23 Noy 2019 21:10:00 315 0

Quru dodaqlar hansı xəstəliklərə işarə edir?

Dodaqların dərisi çox nazik və həssasdır. Külək, soyuq, nəm hava, gün şüaları dodaqların dərisinə mənfi təsir edir, onların həssaslığını daha da artırır, qurudur, çatların əmələ gəlməsinə səbəb olur.

Bu səbəbdən mütəxəssislər dodaqların dərisini daim qorumağı, xüsusi vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Lakin bəzən qadın dodaqlarına lazım olan qulluq etsə də dodaqlar quruyur, çatlayır, qanayır. Dodaqların iltihabı "xeylit" adlandırılır. Xeylit müstəqil xəstəlik ola bilər və həm də orqanizmdə olan bəzi xəstəlik və pozulmalara işarə edə bilər:

- Dodaqların daim çatlaması şəkərli diabetə işarə edə bilər.

- Həmçinin bu B12 vitamininin çatışmazlığının simptomu da ola bilər.

- Orqanizmdə dəmirin çatışmazlığı dodaq kənarlarında çatların əmələ gəlməsinə, dodaqların qurumasa səbəb olur.  

- Allergiya zamanı dodaqların quruması, qızarması, çatlaması kimi simptomlar yaranır.