Dünyanın ən məşhur fironunun ölüm səbəbi açıqlandı


Digərləri 23 Noy 2019 21:15:00 377 0

Dünyanın ən məşhur fironunun ölüm səbəbi açıqlandı

Alimlər araşdırma apararaq müəyyən edib ki, qədim Misir fironu Tutanhamon qan zəhərlənməsindən ölüb. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o ayağından zədə aldıqdan sonra qanı zəhərlənib.

Yerli arxeoloq Zaxi Havass jurnalistlərə açıqlamasında deyib ki, rəhbərin ölüm səbəbi hələ tam aydın deyil. Çünki onun bədənindəki yaralar həm bədbəxt hadisə, həm də qəsd ola bilər.

Eyni zamanda araşdırmaçı ehtimal edir ki, Tutanhamon arabadan yıxılıb və ayağını qırıb. Bir müddət sonra isə o yarasına infeksiya düşdüyü üçün ölüb.

Alimlərin fikrincə, bu fərziyyə fironun DNT-sinin son təhlilləri ilə də təsdiqlənir.