Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər Bunlara əməl etsəz...


Digərləri 23 Noy 2019 21:00:00 290 0

Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər  Bunlara əməl etsəz...

Təzyiq xəstələri hər an insult, ölümlə üz-üzədir. Amma hipertoniya heç də ayaqlarını uzadıb, ölümü gözləmək demək də deyil.

Son.az medicina.az-a istinadən təzyiq xəstələrinə çox kömək edəcək, ömrünü uzadacaq, hətta təzyiqi dərmansız normada saxlamaq üçün həkimlərin və alimlərin tövsiyyə etdiyi sadə məsləhətləri toplayıb. 

Bunları həyat tərzinizə çevirin

1.Artıq çəkiyə əlvida

Təzyiqi yaradan səbəblərdən biri də artıq çəki, piylənmədir. Onu qaydaya salmağın bir yolu da 5-7 kq çəki atmaqdır. Əgər siz çəkidə atrmağa yox, azalmağa doğru getsəniz, görəcəksiz ki, təzyiqiniz bir neçə rəqəm aşağı düşəcək.

2.Natrium - duz düşməndir

Şoraba, duzlu sizin təzyiqinizi 7-8 punkt qaldırır.  Təzyiq diaqnozu qoyuldusa, sabahdan yeməklərdə duzu azaldırsız. Duzu ədviyyat və ətirli otlarla əvəz edin. 

Kolbasa, sosis, hisə verilmiş qidalar, tərkibində çoxlu duz olan bütün qidalara yox deyin. 

3.Spirtli içkidən qaç

Təzyiq xəstələri içki içməyin faydasını ona yozur ki, guya qanı duruldur, təzyiqi salır. Əslində isə etanol damarların tonusunu azaldır, damarlar genişlənir və təzyiq həqiqətən 5 dəqiqə sonra düşür. Lakin 40 dəqiqə sonra damarlar sürətlə yığılır, ürəyə ikiqat ağır yük düşür, təzyiq qalxır. Ona görə təzyiq xəstəsi içkini azaltmalı, hər gün içməməlidir. Hər gün içki qəbul edənlərdə hipertoniya 3 dəfə artıq rast gəlinir, nəinki toyda, bayramda içənlərdə.