Qəhvənin bu faydasını bilirsinizmi? ARAŞDIRMA


Digərləri 23 Noy 2019 20:40:00 268 0

Qəhvənin bu faydasını bilirsinizmi?  ARAŞDIRMA

Qəhvə içənlərin öd kisəsində daş əmələ gəlmə riski azalır. Bunu Kopenhagen Universitetinin alimləri bildirib. Belə ki, gündə 5 və daha artıq fincan kofe içmək kəskin şəkildə öd daşı riskini azaldır.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər 12 illik tədqiqatlarda 105 min insanın həyat və qidalanmasını izləyiblər. İştirakçıların nə qədər kofe içməsi və öd daşından əziyyət çəkib-çəkməməsi araşdırılıb.

Hesablamalar göstərib ki, gündə hətta 1 fincan kofe içmək belə öd daşı xəstəliyini 3% azaldır. Lakin maksimal effekt 5 və daha çox fincan kofedə alınır. 

Necə olur ki, qəhvə daş yaranmasına mane olur?