Bu il 2150 əlil özünüməşğulluq proqramına cəlb edilib


Digərləri 23 Noy 2019 20:45:00 350 0

Bu il 2150 əlil özünüməşğulluq proqramına cəlb edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin ötən dövründə Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 2150 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüflarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib. Həmin şəxslər üçün kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlara yiyələnmələri üçün təlim kursları təşkil edilib. Onlardan artıq böyük hissəsi kursları bitirərərək və və biznes-planlarınəı müdafiə edərək mal və materiallar formasında aktivlərlə təmin olunublar.

Əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri hazırda davam etdirilir.