Roma Papası Yaponiyaya səfər edib


Dünya 23 Noy 2019 20:04:00 334 0

Roma Papası Yaponiyaya səfər edib

Roma Papası Fransisk Yaponiyaya səfərə gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Roma Papasının bu ölkəyə ilk səfəridir. Belə ki, sonuncu dəfə Katolik kilsə rəhbəri 38 il öncə adalara səfər edib.

Onun səfərinin noyabrın 26-a qədər davam edəcəyi qeyd olunur. Ziyarəti çərçivəsində Papa Fransisk Naqasaki və Xirosimaya da səfər edəcək, Tokioda minlərlə mömin qarşısında dini ayin icra edəcək.