Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


Sosial 23 Noy 2019 19:47:15 345 0

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

​Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Calut kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes"markalı, "90-OG-170" dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər: sürücü - 1997-ci il təvəllüdlü Ağayev İbrahim Akif oğlu, 1995-ci il təvəllüdlü Bayraməliyev Amal Mahir oğlu və daha bir nəfər xəsarət alıblar. İ.Ağayev və A.Bayraməliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyətlərinin ağır olduğu nəzərə alınaraq Şəki rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Hadisə zamanı xəsarət alan digər şəxsə isə ambulator yardım göstərilib. Məlumata görə, avtomobildə olan şəxslər toy mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.