Luiziana ştatının içməli suyunda beyini gəmirən amöb yenidən aşkar edilib


Digərləri 23 Noy 2019 19:49:00 367 0

Luiziana ştatının içməli suyunda beyini gəmirən amöb yenidən aşkar edilib

Luiziana ştatının Terrebonn dairəsinin içməli suyunda potensial ölüm təhlükəli amöb aşkar edilib. Bu, 4 il ərzində artıq üçüncü dəfə baş verir. "Neqleriya Foulera" adlanan dəhşətli birhüceyrəli parazit ilk dəfə 2015-ci ildə Yeni Orleandan bir saatlıq məsafədə yerləşən elə həmin dairənin içməli suyunda aşkar edilib.

Dairədəki bütün içməli su mənbələri, o cümlədən çay və hovuzlardakı, habelə duş və vanna qəbul etmək üçün istifadə olunan su potensial amöb daşıyıcısıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dairənin yaşayış məntəqələrinin su təchizatını təmin edən "Consolidated Waterworks" şirkətinin təmsilçisi Maykl Sobert cümə günü bildirib ki, su "içmə üçün tamamilə təhlükəsizdir". O əlavə edib ki, dairə sakinləri sadəcə suyun burunun içinə düşməsindən ehtiyat etməlidirlər.

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin nümayəndələri bildiriblər ki, "Neqleriya Foulera" ilə bağlı infeksiya adətən insanlar amöb yaşayan göl və çaylarda üzəndə, yaxud parazit onların burnunun içinə düşəndə yaranır. Amöblə çirklənmiş su, sadəcə, içiləndə təhlükəli deyil.