ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib


Dünya 23 Noy 2019 19:14:43 322 0

ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib

ABŞ vise prezidenti İraqa ani səfərə gəlib

ABŞ-ın vitse prezidenti Mayk Pens əvvəlcədən elan etmədən İraqa səfərə gedib.

“Report” AFP-yə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi Bağdadın qərbindəki Əyn əl-Əsəd hava bazasında yerləşdirilən amerikalı hərbçilərə baş çəkəcək.

Xatırladaq ki, ötən ilin 26 dekabrında ABŞ prezidenti Donald Tramp da İraqa qəfildən səfər edərək amerikalı hərbçilərlə görüşüb. O,hərbi qüvvələrinibu ölkədən çıxartmaq fikrində olmadığını, eyni zamanda Suriyada antiterror əməliyyatları üçün İraq ərazisindən istifadə edə biləcəklərini açıqlamışdı.