İranda 69 nəfər ölüb


Dünya 23 Noy 2019 19:07:00 315 0

İranda 69 nəfər ölüb

İranda ötən 2 ay ərzində 1 205 nəfər dəm qazından zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, dəm qazından zəhərlənmə nəticəsində 69 nəfər ölüb.

Təşkilat sədri 286 nəfərə yerində, 850 nəfər isə müalicə mərkəzlərində xidmətlərin göstərildiyini deyib.