Rusiyalı keçmiş nazir Abızov offşorlara 860 milyon dollar pul çıxarıb


Dünya 23 Noy 2019 18:18:00 342 0

Rusiyalı keçmiş nazir Abızov offşorlara 860 milyon dollar pul çıxarıb

Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızovun 2011-2016-cı illər ərzində 70 şirkət vasitəsilə 860 milyon dollar vəsaiti offşorlara ötürdüyü məlum olub. 

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Novaya qazeta"nın OCCCRP, İsveçin ictimai kanalı SVT və Estoniyanın "Posttimees" qəzetinin birgə araşdırmasında deyilir.

Araşdırmalar nəticəsində məlum olub ki, hazırda həbsdə olan keçmiş nazir  offşor üçün hesablar İsveçin mərkəzi bankının Estoniya bölməsində "Svedbank" - da (Swedbank) açılıb.

O da məlum olub ki, Abızovun şirkət hesablarına daxil olan 860 milyon dollardan 770 milyonu çıxarılıb. Pulların ötürülmə prosesini bankın Estoniya bölməsində, Abızova yaxın və etibarlı şəxs həyata keçirib.

Bankın müştəri-menecerlərindən birində PIN-kod kalkulyator aşkar edilib. Hansı ki, həmin kalkulyatorla  Abızovun şirkətlərindəki  pulların köçürülməsi üçün istifadə olunub. Pul köçürmələrini bankın əməkdaşı Aleksey Everson həyata keçirib. Adıçəkilən şəxs 2017-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılıb. O, işdən çıxarıldığı zaman Abızovun şirkətləri artıq bağlanmışdı. Elə həmin ilin aprelində Everson Abızova bağlı olan "Anduril Enterprises Ltd" nin direktoru vəzifəsinə təyin edilib.

İstintaq araşdırmaları zamanı 70 şirkətdən ən azı 38-nin Rusiyada böyük aktivlərə (aqrar sənaye, maşınqayırma, kömür çıxarma və s.) malik olması da aşkarlanıb.  Bu şirkətlər Abızovun əsas biznesini təşkil edib.

Aktivlərinin bir hissəsinin alqı-satqı sazişləri bağlandıqda Abızov artıq nazir idi və sahibkarklıq fəaliyyəti ilə məşğul olmaq hüququ yox idi. 2017-ci ilə qədər şirkətlərdəki payı ilə bağlı deklorasiya təqdim etməli idi.