Qidalardan niyə zəhərlənirik? “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”


Digərləri 23 Noy 2019 18:00:00 352 0

Qidalardan niyə zəhərlənirik?  “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”

Son zamanlar qida ilə bağlı zəhərlənmələrin sayı durmadan artır. Hətta elə istifadəyə yarasız qidalar olur ki, birbaşa insan ölümü ilə nəticələnir. Belə ki, srağagün Bakı Dövlət Universitetinin 3 tələbəsi qidadan zəhərləniblər və çox təəsüf ki, bir tələbəni həyata geri qaytarmaq mümkün olmayıb. Məhz bu səbəb yararsız qidalarla bağlı məsələni gündəmə gətirib.

Son.az bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Modern.az-a dediyinə görə, həqiqətən də bu gün marketlərdə çox acınacaqlı hal yaranıb:

"Sanki qidalarımız ölməzlik statusunu qazanıb. Vətəndaş da bu məhsulu alıb yeyəndə, səhhətində çox  ciddi problemlərin yaşadığının şahidi olur. Təbii ki, vaxtı keçmiş məhsullara nəzarət var, ancaq lazımı səviyyədə deyil. Artıq 20 ilə yaxındır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi dükanlarda reyd keçirərək, bu cür məhsulları toplayıb satıcıya təhvil verirlər. Satıcıya ona görə təhvil verirlər ki, həmin məhsulları məhv etsin. Bəs satıcı neyniyir? Satıcı da həmin məhsulu aldığı adama  geri qaytarır. Onlar da etiketini və vaxtını dəyişdirərək yenidən dükanlara satırlar. Alıcı nə bilsin, baxır ki, tarixi təzədir, alır aparır. Bu gün təhlükəli qida ilə bağlı ciddi məsələlərdən biri də, vaxtı keçmiş məhsulların sonrakı taleyidir. Distributorlar vaxtı keçmiş  məhsulların etiketini dəyişib, yenidən istehlakçılara təqdim edirlər".

Eyyub Hüseynovun sözlərinə görə Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qanun yox, Lomonosovun qanunu daha çox  hökm sürür: