Bu ilin dekabrında üç ölkənin rabitə naziri Bakıya gələcək


İqtisadiyyat 23 Noy 2019 17:56:45 351 0

Bu ilin dekabrında üç ölkənin rabitə naziri Bakıya gələcək

Dekabrın əvvəlində Türkiyə, İran və Belarus Nəqliyyat və Telekommunikasiya nazirləri Azərbaycana gələcək

Dekabrın əvvəlində Türkiyə, İran və Belarusun nəqliyyat və telekommunikasiya nazirləri Azərbaycana gələcək.

“Report”un məlumatına görə, onlar Bakıda keçiriləcək “Xəzər İnnovasiyalar Sammiti”ndə iştirak edəcəklər.

Məlumata görə, “Bakutel 2019” çərçivəsində keçiriləcək sammitdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi, Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqan və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Zao qatılacaq.

Xatırladaq ki, bu il “Bakutel 2019” telekommunikasiya sərgisidekabrın 3-6-da keçiriləcək.