"Şlyapalı qadın" 6,9 milyon dollara satıldı


Digərləri 23 Noy 2019 17:54:00 325 0

"Şlyapalı qadın" 6,9 milyon dollara satıldı

Məşhur rəssam və heykəltaraş Pablo Pikassonun "Şlyapalı qadın" tablosu hərracda 6,9 milyon dollara satılıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, yağlı boya ilə kətan üzərində çəkilən əsər Kanadada keçirilən hərracda alıcı tapıb. Hərracın əvvəlində rəsm əsərinin qiyməti 6-7,5 milyon dollar elan edilib.

Qeyd edək ki, əfsanəvi rəssamın tabloları dünyada ən bahalı rəsm əsərlərindən hesab olunur. Belə ki, onun "Çılpaq, yaşıl yarpaqlar və büst" tablosu 2010-cu ildə 106 milyon dollara, "Əlcəzair qadınları" adlə əsəri isə ötən il 179,4 milyon dollara satılmışdı.