Əli Kərimli Müsavat Partiyasını nəzarətinə götürmək üçün Tofiq Yaqublunu ön plana çıxarır


Siyasət 23 Noy 2019 17:03:00 304 0

Əli Kərimli Müsavat Partiyasını nəzarətinə götürmək üçün Tofiq Yaqublunu ön plana çıxarır

Sivil inteqrasiya imkanlarını itirmiş radikal müxalifət düşərgəsində qrup, partiya və şəxslərarası münasibətlərdə yeni təmayüllər özünü göstərməyə başlayır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, daxili demokratiya intizamı son başqan seçkisində iflasa uğramış, habelə xaricdə mühacir alveri cinayətlərində adı hallanan Müsavat partiyasının ictimaiyyətin gözündə tam rüsvay olması müxalifətdaxili yeni prosesləri daha da gücləndirir: "Oqtay Gülalıyevin səhhətindəki problem və Tofiq Yaqublunun Müsavatdakı çoxbaşlı çabaları müxalifət daxilində yeni proseslərə şərait açan faktlar kimi dəyərləndirilə bilər. Proseslərdəki yeni nüansalar ondan ibarətdir ki, Əli Kərimov Müsavatın hazırkı durumundan istifadə edərək onu da nəzarətə götürməyə çalışır. Bu planların icrasında Tofiq Yaqublunu açar fiqur kimi ortaya gətirmək onun ən yaxın niyyətlərindən biri ola bilər. Vaxtilə hətta eyni partiyada olduqları vaxt mərhum Əbülfəz bəyə qarşı gizli ləkələyici planların icrası ona bu işlərdə qiymətli təcrübə qazandırıb. Yəni formal olaraq istənilən müttəfiq hesab olunan partiyanın başında planlar oynatmaqda onun yetərli təcrübəsi var. Müsavatda artıq Arif Hacılıya açıq istefa tələb etmək ovqatında olan partiya kütləsinin sürətlə çoxalması deməyə əsas verir ki, yaxın perspektivdə Tofiq Yaqublunu Müsavatın başqanı görmək kimi tələblər və bu istiqamətdə siyasi şərhlər gündəmə gələ bilər. Son vaxtlar İsa Qəmbərin Müsavat müstəvisində nisbətən fəallaşması bu təhlükənin öncədən hiss olunması və onun onlənməsi ilə çox bağlı ola bilər".

Ekspert bildirib ki, Oqtay Gülalıyevin fəal hərəkətlərdən uzaq düşməsi Əli Kərimovun qarşısında bununla da bağlı yeni planlar ortaya çıxara bilər: "Məlumdur ki, Oqtay bəyin rəhbərlik etdiyi hüquq müdafiə təşkilatı daxildə və beynəlxalq instansiyalarda müəyyən tanınma imicinə malikdir. Belə şəraitdə tanınmış bir hüquq müdafiə təşkilatını öz təsirindən buraxmamaq üçün onun rəhbərliyinə ilk mərhələdə müvəqqətilik adı altında yeni şəxsin gətirilmısi Əli Kərimovun planları sırasında ola bilər.

Bununla belə hazırda iflic vəziyyətinə düşmüş və ideoloji-təşkilatı olaraq dirçəlməsi inanılmaz görünən Müsavat partiyası Əli Kərimov üçün daha rahat və asan tikəyə çevrilib. Vəziyyəti asanlaşdıran ən güclü amil isə odur ki, Müsavatın başında təsirli oyunlar oynamaq gücündə və imkanında olan Tofiq Yaqublu indi faktiki olaraq Əli Kərimovun tam siyasi diktəsi altında fəaliyyət göstərir".