Yaponiya ilə Koreya liderlərinin görüşünə dair razılıq əldə olunub


Dünya 23 Noy 2019 16:21:00 395 0

Yaponiya ilə Koreya liderlərinin görüşünə dair razılıq əldə olunub

Yaponiya ilə Koreya liderlərinin görüşünə dair razılıq əldə olunub

© Financial Times

Koreya Respublikasınınprezidenti Mun Ce-in ilə Yaponiyanın baş naziri Şinzo Abe arasında ikitərəfli görüşün keçirilməsinə dairrazılıq əldə olunub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, görüşdekabrın sonundaÇinin Siçuan əyalətinin mərkəzi Çenqdu şəhərindəkeçirilməsi planlaşdırılan Koreya-Yaponiya-Çin üçtərəfli zirvə görüşü çərçivəsində baş tutacaq.

Koreya xarici işlər naziri Kan Kyun-vha noyabrın22-23-də Naqoyada keçirilən G20 ölkələri xarici işlər nazirlərinin görüşündəyaponiyalı həmkarı Toşimitsu Motegi və ABŞ dövlət katibinin müavini Con Sallivanlabununla bağlıdanışıqlar aparıb.

Qeyd edək ki, ötən gün Koreya tərəfi Yaponiya ilə Hərbi Məlumatların Baş Təminatı (GSMİA) sazişindən çəkilmək qərarından daşınmışdı. İki ölkə arasındakı gərginlik 1910-1945-ci illərdə Yaponiya tərəfindən Koreya yarımadasının işğalı zamanı koreyalıları kölə kimi işlətdiklərinə görə təzminat məsələsinin qaldırılması ilə bağlı yaranıb.