Çoxuşaqlı müğənnilər


Şou-biznes 23 Noy 2019 16:18:00 340 0

Çoxuşaqlı müğənnilər

Həm məşhurluq, həm də çoxuşaqlı ana olmaq heç də asan deyil. Elələri oldu ki, uşaq dünyaya gətirdikdən sonra sənətindən uzaqlaşdı. Sənəti və səsiylə məşhurluq qazanan bəzi müğənnilər çoxuşaqlı olmalarına görə də tez-tez gündəmə gəlirlər.

Son.az Modern.az-a istinadən bildirir ki, çoxuşaqlı müğənni anaların siyahısını hazırlanıb. Əslində "çoxuşaqlı" sözü burda nisbi mənada işlənir. Söhbət 1 və 2 uşaqğlı müğənnilərlə müqayisədə bir qədər çox - 3-4 uşaq sahibi olanlardan gedir.

Xına mərasimlərinin təşkili ilə məşğul olan müğənni Xuraman Şuşalı bir neçə gün öncə növbəti dəfə ana oldu. Bununla da o, hazırda dörd uşaq anasıdır. Elçin adlı şəxslə ailə həyatı quran Xuraman Şuşalının iki oğlu və iki qızı var.

Müğənni Elnarə Xəlilovada dörd uşaq anasıdır. Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Rövşən Cahangirovla ailəli olan Elnarə Xəlilovanın üç oğlu və bir qızı var.

Daha çox bacısı Gülyaz xanımla bir səhnəni paylaşan Gülyanaq Məmmədova da dörd övlad sahibidir. Ziya adlı şəxslə ailə həyatı quran müğənninin üç oğul və bir qız övladı var.

Həyat yoldaşının qadağası ilə bir müddət sənətdən ayrılan, lakin sənətə olan sevgisi ilə qadağalara güc gələrək səhnə həyatına qayıdan Mələkxanım Əyyubova da çoxuşaqlı müğənnilərdəndir. Müğənninin Hökümə, Cəfər, Nəzrin, Nicat adlı dörd övladı var.

Alim Qasımovun qızı muğam ifaçısı Fərqanə Qasımovanın da dörd övladı var. Müğənninin Saleh adlı oğlu, Həmidə və Mövlanə adlı üçəm övladlarından əvvəl doğulan bir qızı da var.

2010-cu ildə "Eurovision"  yarışmasında ölkəmizi təmsil edən Safurə Əlizadə ailə həyatı qurduqdan sonra sənətindən uzaqlaşdı. Sabiq energetika naziri, mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan müğənninin üç övladı var.