Yandırılan əsər, güllələnmə qorxusu, qayınananın qaranlıq taleyi


Kriminal 23 Noy 2019 16:00:00 64 0

Yandırılan əsər, güllələnmə qorxusu, qayınananın qaranlıq taleyi

Son.az Lent.az-a istinadən "Qayınana" komediyası haqda yazını oxucularına təqdim edir.

Bu xəbəri də oxu: Müsabiqə elan edilir

"Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı..."

"Sən arvad saxlayan yetim deyilsən"

"Ay, başına dönüm, adam nə qədər mamasından olar, ay bunun mamasının qarnına çiban çıxsın"

"Adə, Qrişa, itüvə tapşır, qapımdan keçəndə ürməsin"

"Gördün, yıxılmışdım"...

Elə bilirəm, haqqında danışacağım filmi artıq tanıdınız. Bunu bilməyiniz üçün bu qədər sitat yetərlidir. Qalanını sonda verəcəm. İndi keçək mətləbə. "Qayınana" filmi barədə danışıram, illərin dolaylarında heç səngiməyən, köhnəlməyən, dəbdən düşməyən məşhur "Qayınana"dan. Əsər uzun müddət Musiqili Teatrın səhnəsində oynanılıb. Bir dəfə tamaşaya Heydər Əliyev də gəlib. Tamaşa və xüsusilə Nəsibə Zeynalovanın oyunu onun o qədər xoşuna gəlib ki, tamaşadan sonra yaradıcı qrupla səhnə arxasında görüşəndə deyib ki, bunu hökmən film kimi işləyin.

1978-ci ilin filmidir. Əsəri Məcid Şamxalov yazıb. Filmin xülasəsində belə yazılıb, hər halda. Filmi araşdıranda məlum oldu ki...

Əsər Məcid Şamxalovun imzası ilə 1964-cü ildə çap olunub. Ondan hələ səkkiz il əvvəl - 1957-ci ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Teatrında belə bir əsər səhnəyə qoyulub. 1974-cü ildə isə bu məşhur komediyaya bəstəkar Zakir Bağırov musiqi bəstələyib. Olub musiqili komediya.

1865-ci ildə Qubada dünyaya gələn, sonradan Azərbaycanın ilk müəllimələrindən biri, ilk qadın nasiri, ilk qadın dramaturqu və ilk qadın rejissorumuz Səkinə Axundzadənin "Gəlin və qayınana" adlı pyesi olub. 1900-cü ildə Bakıya köçən bu qadın Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edirmiş. Həmin illərdə də "Əbülfəz və Rəna" hekayəsini, daha sonra "Elmin bəhrəsi", "Haqq söz acı olar", "Gəlin və qayınana" pyeslərini yazıb. Bu pyeslər qadın obrazlarının qabardıldığı ilk Azərbaycan əsərləridir.

Səkinə xanım işlədiyi Qızlar Məktəbinin müəllimələri və tələbələri ilə birlikdə bu əsərləri səhnələşdirir, özü quruluş verirdi: "Madam ki, qadınlar kişilərlə birlikdə səhnəyə çıxa bilməz, kişilərin önündə səhnə ala bilməz, o zaman qadınlar da öz teatrını yaradar" şüarı ilə meydana atılıb.

Səkinə Axundzadə Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadə kimi səhnə fədailərinin dövrünün sənətkarı idi. Onlarla birgə Azərbaycanda dramaturgiyanın, teatr mədəniyyətinin inkişafı üçün çalışıb. Onun pyesləri həm Bakıda, həm də Tiflisdə səhnələşdirilib.

Həmin illərdə (bəzi mənbələrdə 1916, bəzi mənbələrdə 1918) Məcid Şamxalov da Bakıda teatr və ədəbiyyat təhsili alır, eyni zamanda, bütün bu proseslərin canlı şahidi olur.

1920-ci ildə sovet işğalından, Hacı Zeynalabdin Tağıyevin mülklərinin müsadirə olunmasından sonra Səkinə Axundzadə Qubaya qayıdır. Uzun müddət astma xəstəliyindən yatır və 1927-ci ildə vəfat edir.

Oğlu, professor Yusif Ağabəyov da 1937-ci ildə sürgün edilir, güllələnir. Səkinə Axundzadənin qardaşı qızı Reyhan Topçubaşova (ilk qadın rəssamımızdır) baş verənlərdən və verəcəklərdən qorxuya düşüb, Səkinə Axundzadənin bütün əsərlərini yandırır. Beləliklə, ilk qadın nasirimizin və dramaturqumuzun bütün əsərləri yalnız yaddaşlarda yaşayır. Yaddaş...

1950-ci illərə isə o məşhur şahidlərdən kimsə qalmamışdı. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əbülfət Vəli, Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyov artıq həyatda yox idilər. Qalanlar isə Sovet dövründə Səkinə Axundzadənin, Abbas Mirzə Şərifzadənin adını çəkə bilməzdilər.

Məcid Şamxalovun "Qayınana" pyesi məzmunca Səkinə Axundzadənin "Gəlin və qayınana" pyesi ilə eynidir, ya yox - bunu deyən kimsə yoxdur. Sadəcə, Məcid Şamxalov imzası ilə "Qayınana"dan başqa bir məşhur əsərə, ədəbi nümunəyə rast gəlinmir.

Qayıdaq "Qayınana" filminə. Ssenari müəllifi Əjdər İbrahimov və Marqarita Maleyevadır. Əjdər İbrahimovun həyat yoldaşıdır. Bu filmdən başqa daha iki filmdə bu xanımın imzası var. İkincinin də rejissoru Əjdər İbrahimovdur ("Qəribə adam"), üçüncüsü "Narahat adam" filmidir ki, onun ssenarisini yazıb və film Əjdər İbrahimov haqqındadır.

"Qayınana" filmini Hüseyn Seyidzadə çəkib. Musiqilər Tofiq Quliyevindir.

Çəkilişlər "Azərbaycanfilm" kinostudiyasının pavilyonunda aparılıb. Sadəcə, rəssam Nadir Zeynalov elə dekorasiya edib ki, ev səhnələri elə bil evdə çəkilib. Bağ yeri səhnələri Nardaran bağlarında lentə alınıb. Cənnət xalanın diş çəkdirməsi səhnəsi keçmiş "İnqilab", indiki Həsən Əliyev prospektində yerləşən stomatoloji kabinetdə çəkilib. Oradakı "Diş kabineti" indi də durur. Filmin çəkilişləri 5-6 ay davam edib. Filmdəki geyimlər hamısı xaricdən gətirilmiş, bahalı paltarlar olub.

İlqar rolunun ifaçısı İlham Namiq Kamalın dediyinə görə, onun roluna 14 aktyor sınaq çəkilişlərinə dəvət edilib. O vaxt həmin yaşda olan aktyorların demək olar ki, hamısı. O cümlədən, Hacımurad Yegizarov, Fuad Poladov. Bəli, baş rolu oynayan Fuad Poladov da əvvəl İlqar rolunun sınağına dəvət edilib, amma o rola sınaqdan keçməyib. Əvəzində rejissor onu Ayaz rolu üçün daha münasib bilib.

Ayaz roluna isə Ceyhun Mirzəyev dəvət edilibmiş.

Rejissorun ən sevimli aktyoru Ceyhun Mirzəyev sınaqda Ayaz roluna yansımayıb - rejissorun fikrincə. Nəticədə o rola Fuad Poladov çəkilib.

Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi like
  • 23 Noy 15:54  
Dünya Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi

Tatarıstanın Laşmanka kəndinin sakini, keçmiş imam Rəsul Salihov 13 yaşl

arrow Ətraflı
Üç şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb - SİYAHI like
  • 23 Noy 15:53  
Sosial Üç şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb - SİYAHI

"Bir neçə şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qald

arrow Ətraflı
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini tərik edib like
  • 23 Noy 15:48  
Siyasət Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini tərik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev&Bosniya və Herseqovinan

arrow Ətraflı
Ağır makiyajın FƏSADLARI like
  • 23 Noy 15:48  
Digərləri Ağır makiyajın FƏSADLARI

Makiyaj demək olar ki, əksər xanımların imtina edə bilmədiyi bir vasitəd

arrow Ətraflı
Gürcüstana narkotik vasitə keçirən Ermənistan vətəndaşı saxlanılıb like
  • 23 Noy 15:43  
Sosial Gürcüstana narkotik vasitə keçirən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi" gömrük-keçid məntəq

arrow Ətraflı
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib like
  • 23 Noy 15:42  
Digərləri Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

arrow Ətraflı
Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədrini təbrik edib like
  • 23 Noy 15:42  
Siyasət Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədrini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Hey

arrow Ətraflı
Misirin Deputatlar Məclisinin birinci vitsespikeri Prezident İlham Əliyevə təşəkkür edib like
  • 23 Noy 15:40  
Siyasət Misirin Deputatlar Məclisinin birinci vitsespikeri Prezident İlham Əliyevə təşəkkür edib

Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şərif

arrow Ətraflı
Misirin Deputatlar Məclisinin birinci vitse-spikeri Prezident İlham Əliyevə təşəkkür edib like
  • 23 Noy 15:39  
Digərləri Misirin Deputatlar Məclisinin birinci vitse-spikeri Prezident İlham Əliyevə təşəkkür edib

Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şərif

arrow Ətraflı
Pikassonun bu əsəri 7 milyona satıldı like
  • 23 Noy 15:39  
Dünya Pikassonun bu əsəri 7 milyona satıldı

Məşhur rəssam Pablo Pikassonun 1941-ci ildə çəkdiyi "Şlyapalı qadı

arrow Ətraflı
Abşeron kanalında yenidənqurma işlərinin aparılmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM like
  • 23 Noy 15:37  
İqtisadiyyat Abşeron kanalında yenidənqurma işlərinin aparılmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Abşeron magistral kanalında yenidənqurma işlərinin

arrow Ətraflı