Üç şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb - SİYAHI


Sosial 23 Noy 2019 15:53:32 361 0

Üç şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb - SİYAHI

"Bir neçə şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb".

"Bir neçə şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb".

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün keçirdiyi növbəti monitorinq zamanı qərar qəbul olunub.

Nazirliyin Departament direktoru Ramal Bağırov jurnalistlərə açıqlamasında qeyd edib ki, söhbət “Monte Karlo”, “Madonna” və “Piano” şadlıq saraylarından gedir: "Həmin şadlıq saraylarında bir neçə gün əvvəl keçirilən monitorinq zamanı təmizləyici qurğulara texniki xidmət göstərilməməsi, filtrlərin vaxtaşırı təmizlənməməsi müşahidə edilmişdi və havaya normadan artıq tullantı atıldığına görə manqalların istifadəsinə məhdudiyyət qoyulmuşdu. Bu iaşə obyektlərinin sahibləri mövcud problemi artıq aradan qaldırdığından onların manqal fəaliyyəti yenidən bərpa olunub.Amma bu da onların cərimədən azad olunması demək deyil. Əgər obyekt sahibləri cərimə olunmalarını, manqallarının bağlanmasını istəmirlərsə, daimi olaraq təmizləyici qurğuların filtrlərinə nəzarət edərək onların vaxtlı-vaxtında təmizlənməsini, dəyişdirilməsini təmin etməlidirlər. Nəticədə insanlarımızın narahatçılığına, atmosferin çirkləndirilməsinə səbəb olan şərait yaranmasın".

ETSN rəsmisi eyni zamanda digər şadlıq sarayları sahiblərinə də müraciət edib: "Təmizləyici qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsi mütləqdir, bundan sonra da havanı çirkləndirən iaşə obyektləri barədə məhdudlaşdırıcı tədbirlər görüləcək, araşdırma və monitorinqlər davam etdiriləcək".

Qeyd edək ki, sözügedən obyekt sahibləri barəsində protokollar tərtib edilmiş və onların manqallarının istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılmışdı. Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilmişdi.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək