Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi


Dünya 23 Noy 2019 15:54:00 410 0

Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi

Tatarıstanın Laşmanka kəndinin sakini, keçmiş imam Rəsul Salihov 13 yaşlı qızla nikah qıyıb. Qızın valideynlərinə isə bildirib ki, arvadı 16 yaşına çatmayanadək onunla cinsi əlaqədə olmayacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, zorlama faktına görə imamı dörd illik azadlıqdan məhrum etmə cəzası gözləyir.

Onların rəsmi toyu olmayıb, çünki respublikanın Ailə Məcəlləsi 14 yaşında olan qızla ailə qurmağa yalnız o, hamilə olarsa icazə verir. 2017-ci ildə imamlıq lisenziyası bitən Salihov 2018-ci ildə qanunları pozaraq özü öz nikahını qıyıb. Tatarıstanın Ruhani İdarəsi də həddi-büluğa çatmayan qızla nikaha görə kişini pisləyib.

Nikahdan sonra qız valideynləri ilə yaşayıb və əri ilə hərdən-bir görüşüb. Cütlük münasibətlərini camaat arasında bildirməsə də, qız məktəbli yoldaşlarına öz intim həyatı barədə  danışıb. Rəfiqələrindən birinin anası əhvalatı eşidən kimi polisə müraciət edib.