Gürcüstana narkotik vasitə keçirən Ermənistan vətəndaşı saxlanılıb


Sosial 23 Noy 2019 15:43:39 310 0

Gürcüstana narkotik vasitə keçirən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi" gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi" gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Ermənistan vətəndaşının idarə etdiyi avtobusa keçirilən ətraflı baxış zamanı 149 qram kokain və 64 qram həşiş aşkar olunub.

Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində istintaq aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək