Dubay vəliəhdi Həmdan Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt


Dünya 23 Noy 2019 15:00:00 367 0

Dubay vəliəhdi Həmdan  Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt

Dubayın gələcək əmiri və BƏƏ-nin baş naziri Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktumun 37 yaşı var.

Son.az baku.ws-ə istinadən bildirir ki, onun var-dövləti müxtəlif mənbələrə görə 5-13 milyard dollar arasında qiymətləndirilir, 77 metrlik yaxtaya sahibdir, Dubaydakı "Zabeel Sarayı"nda yaşayır, eyni zamanda Abu Dabidə və Dubay yaxınlığındakı çöllərdə saraylara sahibdir.

Atası Yaxın Şərqin ən nüfuzlu şəxslərindən biridir və Şahzadə Həmdanın da zamanla onun kimi olmaq üçün hər bir şansı var.

Şahzadənin qeyri-rəsmi ləqəbi Ələddindir. Tərəfdarları onu mehriban ürəyə sahib olduğunu və səxavətli bir qəlbə malik olduğu üçün ona şərq nağılının qəhrəmanı kimi görüblər.

Həmdan xeyirxah işlərə çox vəsait xəcləyir və bu həyatda şansı üzünə gülməyən insanlara fəal yardım edir.

Ən məşhur şahzadələrindən biri haqqında 10 maraqlı faktı təqdim edir :

1. Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum Şeyx Məhəmmədin və birinci həyat yoldaşı Şeyx Hint Bint Maktum bin Juma Al Maktumun oğludur. O, əmirin 12 övladının ikinci, yaşda isə 4-cü övladıdır.

Dubayda ibtidai və orta təhsil aldıqdan sonra Həmdan İngiltərəyə gedib və burada Sandherstdakı Kral Hərbi Akademiyasına daxil olub. Məhəmməd, şahzadələr Uilliam və Harri ilə eyni vaxtda təhsil alıb.

"Təhsil həyatda vacibdir. Bu, hər şeyin açarıdır. Dubayda, sonra İngiltərədə təhsil almaq bir çox imkanlara gözümü açdı. Təhsil, bilik və bir çox şeyi anlamaq bizə yeni üfüqlər axtarmağa imkan verir. Sandherst Akademiyası mənə nizam-intizam, məsuliyyət öyrətdi. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmək üçün bu dəyərlərə ehtiyacım var" - deyə Həmdan söyləyib.

2. Atası kimi Həmdan da şeir və poemalar yazır. BƏƏ-də Həmdan Fəzz təxəllüsü ilə tanınır ("İnstaqram" hesabında da onun adı Fəzzdir), bu əmirlik ləhcəsində "başqalarına kömək və dəstək verməyə tələsən bir insan" mənasını verir. Həmdanın bir neçə şeirinə mahnıların yazılıb.

3. Uşaqlıqdan Həmdan atçılıq idman növü ilə məşğul olub. Şeyx Məhəmməd at yarışları, atlama nümayişləri və xüsusilə atların böyük pərəstişkarıdır, buna görə də oğlu həmişə ən yaxşı atlara və fərdi məşq meydançasına sahibdir.

Həmdan sonradan müxtəlif respublika və beynəlxalq yarışlarda iştirak edib. Qazandığı uğurlar siyahısında İspaniyada keçirilən "Dünya Gənclər Çempionatı"nda qızıl medal (2001); "İspaniya Kralı Dözümlülük Kuboku"nda birinci yer (2002); Fransada "FEI Dünya Çempionatı"nda birinci yer (2005); Qətərda keçirilən "Asiya Oyunlarına Dözümlülük Çempionatı"nda qızıl medala (2006) laiq görülüb.