Keçmiş prezidentin oğlunun qatilindən etiraf: qisas almaq üçün...


Dünya 23 Noy 2019 15:12:00 379 0

Keçmiş prezidentin oğlunun qatilindən etiraf: qisas almaq üçün...

Ötən gün Almaniyanın keçmiş prezidenti Riçard Vayzekkerin oğlunu bıçaqlayaraq öldürən qatil cinayətin səbəbini açıqlayıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, o bu qərarını Vayzekker ailəsinin Vyetnam müharibəsində istifadə olunan kimyəvi "Agent oranc" ("Agent orange") maddəsinin istehsalı olunmasında iştirak etməsi ilə əlaqələndirib.

Keçmiş prezident Riçard Vayzekkerin oğlu Fritz Vayzekker ötən gün Berlində baş həkimi olduğu xəstəxanada keçirilən seminar zamanı qətlə yetirilib.

"Bild" qəzetinin məlumatına görə, adı açıqlanmayan qatil onu Vayzekker ailəsindən qisas almaq üçün öldürdüyünü etiraf edib.

Riçard Vayzekker Vyetnam müharibəsində ABŞ tərəfindən istifadə olunan zəhərli kimyəvi maddə olan "Agent oranc"ın istehsalı ilə məşğul olan "Boehringer Ingelheim" şirkətinin rəhbəri olub. ABŞ Vyetnam müharibəsində ağaclardan yarpaqları tökən maddə - tərkibində dioksin olan "Agent oranc"dan istifadə etmişdi.