Yarımbeyinli insanların sirri açıldı


Dünya 23 Noy 2019 15:30:00 301 0

Yarımbeyinli insanların sirri açıldı

Kaliforniyanın Texnologiya İnstitutunun neyrobioloqları hemisferektomiya (yarımkürələrdən birinin kəsilib çıxarılması) prosedurundan keçmiş insanların necə normal həyat tərzi sürməyə nail olduqlarını araşdırıblar. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, elmi işin nəticələri barədə Science Alert nəşrində yazılıb.

Tədqiqatda dərmanla müalicə olunmayan epilepsiyadan əziyyət çəkdiyinə görə beyin yarımkürələrindən biri kəsilib çıxarılmış 6 pasiyent iştirak edib. Onların beyninin MRT müayinəsinin nəticələrini 6 sağlam adamın, eləcə də  "Brain Genomics Superstructure Project" üçün çəkilmiş 1482 beyin şəkli ilə müqayisə olunub. Məlum olub ki, kəsilməyən yarımkürənin fəaliyyəti bütöv beynin işini xatırladır.