Məşhurların qəribə toy paltarları


Dünya 23 Noy 2019 15:18:00 497 0

Məşhurların qəribə toy paltarları

Bir çox ulduzlar toylarına ənənəvi ağ və ya açıq tonlu gəlinliklər seçir, amma bəziləri qeyri-adi nələrsə fikirləşir...

Son.az qafqazinfo-ya istinadən onların bir neçəsini təqdim edir:

Keyli Kuoko

"Böyük partlayış nəzəriyyəsi" serialının "Penni"si Karl Kukla toyunda adi gəlinlikdə olsa da, axşam partisinə kostyum geyinmişdi. Onun bu geyiminə uzaqdan baxdıqda pərdə ilə səhv salmaq mümkün idi.

Mari Şevalye

Monako şahzadəsi Stefani Lui Dükre ilə ailə həyatı quran Mari toyuna klassik libas yox, "Rosa Clara"dan çiyinləri və kürəyi açıq olan kombinezon geyinmişdi. Bu, məşhur trenddir!

Sofi Törner

"Taxt-tac oyunları"nın aktrisası Co Conasla gizli keçən toyuna "Bevza"dan fatalı sadə kombinezon geyinmişdi. İyulda baş tutan əsas mərasimdə isə o, "Louis Vuitton"un libasında idi.

Culianna Mur

Bənövşəyi dar libas və uzun yaşıl sırğalar - bu, 2003-cü ilin avqustunda Nyu-Yorkda baş tutan təntənəli mərasimdə aktrisanın toy geyimi idi. Seçimi yetərincə qəribədir, amma təki xoşuna gəlsin!